Newscenter.az.25.03.2021. Son günlər sosial şəbəkələrdə ərəblərin Azərbaycanın müxtəlif regionlarında ov etmələrinə dair fotoların paylaşılması cəmiyyətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı haqlı iradların səsləndirilməsinə səbəb olub. Ərəblərin əsasən qırmızı kitaba düşən heyvan və quşları ovlaması və bunu onların özləri tərəfindən çəkilib nümayiş etdirilməsi Azərbaycan cəmiyyətində belə bir fikir formalaşdırıb ki, nazir Muxtar Babayev işinin, vəzifəsinin öhdəsindən gələ bilmir, ona qarşı ciddi tədbirlərin görülməsi zəruridir.
Newscenter.az xəbər verir ki, cəmiyyətdə kifayət qədər tanınmış şəxslər sosial şəbəkələrdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə qarşı öz sərt mövqelərini ortaya qoyublar.
"Bakı Metropoliteni"nin mətbuat xidmətinin keçmiş rəhbəri Nəsimi Paşayev Muxtar Babayevi çarəsiz nazir kimi xarakterizə edib: "Məncə ölkənin ən aciz və çarəsiz naziri ekologiya və təbii sərvətlər naziridir. Yoxsa inanmaram kimsə bu qədər hegomonluq eləsin".
"İnterpress" saytının baş redaktoru Toğrul Allahverdili isə ekologiya və təbii sərvətlər nazirinə qarşı etirazını bu cür ifadə edib: "Qax dövlət qoruğundakı vəhşi ərəblər ölkəmizin qanunlarını tapdalayaraq şəkillər paylaşırlar. Bu bədəvi vəhşilər Qırmızı Kitaba düşən quşları ovlayıb, özləri üçün hərəmxanalar yaradıblar".
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hörmətli Muxtar Babayev, gözləyirsən ki, camaat ayağa qalxıb ölçü götürsün? Hansısa şeyxlərin harın övladlarına həddini göstərin, yoxsa bu xalq o həddi sizə də göstərər, onlara da!.
İspaniyadakı Azərbaycan diasporunun rəhbəri Vahid İmanovun nazir Muxtar Babayevə təpkisi isə daha sərt olub. Vahid İmanov ekologiya və təbii sərvətlər nazirinə qarşı eturazlnı bu şəkildə bildirib:
"Görəsən ekologiya və təbii sərvətlər nazirini belə ovlayıb tutsalar necə olar?"
NEWSCENTER.AZ