Newscenter.az.28.03.2021. Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov bayram günlərində rayondakı şəhid ailələrilə görüş keçirib.
Newscenter.az-a İlham Məmmədovun Deputat Qərargahından bildirilib ki, göruşdə şəhid ailələrinin qayğılarını dinləyən İlham Məmmədov cənab Prezident İlham Əliyevin, Birinci vitse-preziden Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə diqqət və qayğısından danışıb, onların qayğılarının həll olunması üçün icra edilən və gələcəkdə də davam etdiriləcək tədbirlərdən bəhs edib.
Natiq göruş zamanı bildirib ki, Azərbaycan xalqı, dövləti var olduqca onun ərazi bütövlüyü, suverenliyi uğrunda canında keçən, sağlamlığlnı itirən insanlar daima xalqın qəlbində əbədi yaşayacaq, onların əziz xatirəsi unudulmayacaq.
Qeyd edək ki, millət vəkili İlham Məmmədov müntəzəm olaraq Yevlax rayonunda seçiciləri ilə görüşlər keçirməklə yanaşı, şəhid ailələri və qaziləri də ziyarət edir, onların problemlərini dinləyir, qayğıları ilə maraqlanır.
NEWSCENTER.AZ