Newscenter.az.28.03.2021. Milli Məclisin deputatı Sevinc Hüseynova Vətən müharibəsi qaziləri ilə görüşüb, onların problemləri, qayğıları ilə maraqlanıb.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı deputat öz facebook profilində verib.
"Növbəti görüşümüz qələbə səlnaməsini yazan və yaradan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə fədakarcasına vuruşaraq canlarından keçən, ölkəmizə zəfər sevinci yaşadan qəhrəman qazilərimizlə baş tutdu. Qazilərimizlə fərdi qaydada görüşərək onların keçdikləri döyüş yolu, sağlamlığı və mövcud vəziyyətləri ilə yaxından tanış olduq.
Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirik!
Qarabağ Azərbaycandır!"
Ruhiyyə