Newscenter.az.28.03.2021. Quba soyqırımı — Qubada ermənilər tərəfindən törədilən soyqırımdır. 2007-ci ildə, şəhər stadionun təmiri üçün qazma işləri aparılarkən kütləvi qəbiristanlıq aşkar edilir və işlər təxirə salınaraq bölgəyə mütəxəssislər cəlb olunur. Qazma işləri bugünə qədər davam etdirilir.
Qubadakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənib. Bu ərazidə heç vaxt qəbristanlıq olmayıb. Ən dəhşətli məqam isə aşkar edilmiş ərazidə insan kəlləsinin və bədəninin sümüklərinin ayrı-ayrı basdırılmasıdır. Bu da onların başlarının xüsusi qəddarlıqla kəsildiyini göstərir. Tapıntıdan sonra stadionda işlər dayandırılıb. Əsasən erməni qatilləri burada turklərlə bərabər ləzgilərin, tatların və dağ yəhudilərinin genosidini həyata keçiriblər.
Azərbaycandakı dağ yəhudilərinin soyqırımı — 1918-ci ildə erməni daşnakları və digər erməni quldur dəstələri tərəfindən Azərbaycanın müxtəlif regionlarında, əsasən də Qubada yaşayan yəhudilərə qarşı törədilib. Soyqırım nəticəsində 3 minə yaxın yəhudi öldürülüb.
On minlərlə silahsiz talışların, boyük əksəriyyəti qadın və uşaq olmaqla dinc əhalinin erməni vəhşiləri tərəfindən qətli bu gün də aşkar olmaqdadır. Alçaq ermənilər sonra guya bu azsaylı xalqları "düşünüb", onların gűya "qayğısına" qalırlar.
Azərbaycan bir yumruqdur və o yumruq erməni başını daim əzməlidir!.
Azərbaycan xalqına qarşı zaman-zaman, tarixin müxtəlif mərhələlərində soyqırım törədilsə də, xalq öz varlığını qoruyub saxlayıb, mübarizə əzmi nəticəsində XX əsrin sonlarında yenidən müstəqil dövlət qurub.
Hər bir Azərbaycan gənci mübarizəyə hazır olmalıdır!
Müstəqil Azərbaycan dövlətinin bərpası və inkişafında misilsiz xidmətləri olan, bu dövlətin yaradıcısı, qurucusu, ulu öndərimiz Heydər Əliyev azərbaycanlıların doğma yurdlarından deportasiyası və soyqırımına aid məsələlərin hərtərəfli öyrənilməsi ilə bağlı xüsusi fərman və sərəncam imzalayıb. 26 mart 1998-ci ildə imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərman əsasında hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi ümumxalq, dövlət səviyyəsində qeyd olunur. Dövlətimizin bu məsələyə həssas yanaşması hər bir Azərbaycan vətəndaşını qürurlandırır, gənclərimizdə milli ruhu, əqidəni gücləndirir. Bu gün hər bir Azərbaycan gənci ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi itirilmiş torpaqlarımızın geri qaytarılması üçün hər an mübarizəyə hazır olmalıdır. Ümumtəhsil məktəblərində tarixin tədrisində şagirdlərə tarixi həqiqətlərin daha dolğun, məqsədyönlü çatdırılması vacibdir. Bundan ötrü təbii ki, müəllimlərin yeni təhsil proqramları ilə ardıcıl, sistemli işləmələri, yeni texnologiyalardan səmərəli istifadə etmələri vacibdir.
Azərbaycanlıların soyqırımı tarixinin öyrənilməsi hər bir azərbaycanlının, müsəlmanın, Azərbaycan vətəndaşının şərəf, vicdan və namus işidir.
"Heydər" Siyasi Araşdırmalar Mərkəzinin sədri Hacı Əli