Newscenter.az.29.03.2021. Təəssüflər olsun ki, acı təəssüflü, anti-insani bir hərəkətə münasibət bildirməliyik... Fərqi yoxdur, hansı siyasi tərəf, ya qüvvə, ya şəxs, öz rəqibinə qarşı bu metoddan istifadə edir. Amma ki, bunu bilək.
Dünyada, Allahdan savayı müqəddəs, özü ya, həyatında qüsur, ləkəsiz heç kəs yoxdur. Və istənilən, normal araşdırma, müşahidə və analiz qabiliyyətli birisi əlinə lupa götürüb, istənilən bir digərinin qüsur və ləkəsini, öz aləmində tapa da bilər. Söhbət əxlaq və mərdlikdən gedir, bundan sui-istifadə edilməsin təsir-təzyiq aləti kimi, üzə vurulmasın, xüsusi cılız, ictimailəşmiş formada.
İkincisi, Konstitusiya və ölkə qanunlarına görə, insanın şəxsi həyatına müdaxilə edərək bundan şantaj, təsir və təzyiq vasitəsi kimi istifadə edib, üstəlik də yayma qanunazidd cinayət tərkiblidir. Bu cür əməl və həm də, şəxsiyyəti geniş ictimai formada təhqir, mənəvi əxlaqsızlıqdır. Və biz də cəmiyyət, hüquqşünas olaraq bu cür məsələlərə qınağımızın kəsərli olması üçün, bunu obyektiv, ədalətli mövqedən yanaşmaqla etməliyik. Həm Cəmil Həsənlinin ailəsinə qarşı əxlaqsızlıq edən tərəfi, həm də, Dövlət rəhbərliyini və mərhum H. Əliyevi şərtli-şantajlı ictimai yolla təhqir edənlər, məsələn, Məhəmməd Mirzəli, ya, Elvin İsayevin əxlaqslzlıqlarını ilk anındaca qınağa tutmalıyıq.
Ona görə, istər xaricdə, sərbəst mühit yaşayan, istər daxildə sərbəst imkanlı olsun, fərq etməz, siyasi, ya istənilən, başqa rəqabəti, mübarizəni zəhmət çəkib qaydalı aparmaq lazımdır. Çünki, qaydasızlıq, əks-effektlə də qaydasızlıq yaradır.
Yəqin, nəhayət bu praktikalara son verilməlidir!
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin sədri