Newscenter.az.30.03.2021. 2020-ci il ərzində Kaspersky həlləri 62 müstəqil təhlükəsizlik texnologiyası testinin nəticələrinə əsasən ilk üçlükdə 50 dəfə, birinci pillədə isə 45 dəfə qərarlaşıb. Ardıcıl səkkizinci ildir ki, şirkətin məhsulları rəqiblərindən daha çox TOP-3-də yer alır.
TOP-3 göstəricisi 80-dən çox təhlükəsizlik həlli istehsalçısının hər birinin ən ciddi müstəqil test və icmalların yekunlarına əsasən topladığı ümumi balları əks etdirir. Hər bir satıcı 2020-ci il ərzində iştirak etdiyi testlərdə tutduğu ilk üç yerin sayına müvafiq olaraq bal toplayır. Bu bal fərdi məhsulların fərdi testlərdəki birdəfəlik müvəffəqiyyətindən daha aydın göstərici hesab olunur.
Newscenter.az xəbər verir ki, 2020-ci il şirkət üçün yeni yüksək göstəricilərlə əlamətdar olub. Belə ki, ev istifadəçilərini qorumaq üçün qabaqcıl həll - Kaspersky Internet Security - AV-Comparatives tərəfindən altıncı dəfə “İlin məhsulu” mükafatına layiq görülüb. O, həmçinin, Advanced Threat Protection testində daha yaxşı nəticələr göstərib və ardıcıl ikinci dəfə ATP Gold 2020 mükafatını qazanıb. Əlavə olaraq, bu həll SE Labs-ın rüblük testlərinin bütün iştirakçıları arasında Total Accuracy Rating üzrə ən yüksək ümumi balı toplayıb. Ağıllı telefonlar üçün təhlükəsizlik həlli olan Kaspersky Mobile Antivirus, Android 360 testi çərçivəsində təhdidlərin 100% aşkarlanmasına görə MRG Effitas sertifikatını əldə edib.
SE Labs-ın məhsulların hədəfli hücumlardan qorumaq qabiliyyətini yoxlayan testlərində hərtərəfli Total Accuracy Rating göstəriciləri üzrə üç dəfə ən yüksək balı alan yeganə həllər - biznes üçün Kaspersky Endpoint Security və Kaspersky Small Office Security. Biznes üçün Kaspersky Endpoint Security həlli SE Labs-dan “Korporativ son cihazları qorumaq üçün ən yaxşı məhsul” (Best Enterprise Endpoint 2020) mükafatını alıb. Mükafat mütəmadi açıq test, qiymətləndirmə və müştəri rəylərinin nəticələrinə əsasən verilir. NSS Labs da biznes üçün Kaspersky Endpoint Security-nin imkanlarını yüksək qiymətləndirib: o, zərərli proqram və eksploytların istifadəsi də daxil olmaqla, həyata keçirilən 3600-dən çox hücumu effektiv şəkildə dəf edib və 2020-ci ildə əldə edilən ən yüksək nəticə - AA reytinqini qazanıb. Kaspersky Web Traffic Security 650 istismarı uğurla blokladığı bir testdə göstərdiyi nəticələrə görə VirusBulletin test laboratoriyası tərəfindən VBWeb sertifikatına layiq görülüb.
400 milyondan çox istifadəçi Kaspersky-nin mükafat qazanmış həllərinə etibar edir. 2019-cu ilin noyabrından 2020-ci ilin oktyabrınadək şirkətin təhlükəsizlik texnologiyaları onlayn mənbələrdən həyata keçirilən 666.809.967 hücumu dəf edib, habelə 173.335.902 zərərli URL-i tanıyıb və 33.412.568 zərərli obyekti bloklayıb. Kaspersky həlləri 549.301 fidyə proqramı hücumu və bank hesablarından pul oğurlamaq üçün 668.619 zərərli proqram təminatına yoluxdurma cəhdinin öhdəsindən gəlib.
“Müxtəlif müstəqil keyfiyyət testlərində mümkün qədər tez-tez iştirak etməyə çalışırıq. Qürur duyuruq ki, həllərimiz əməliyyat sistemi performansına təsiri minimuma endirməklə yanaşı, bilinən və yeni təhdidlərə qarşı da ən yüksək səviyyədə qoruma nümayiş etdirir. Bundan əlavə, onlarda praktik olaraq saxta müsbət göstərici hadisəsinə rast gəlinmir,” - deyə Kaspersky-nin təhdidlərin tədqiqatı şöbəsinin direktoru Anton İvanov bildirib. "Bu, ev kompüterlərini və noutbukları qorumaq üçün təqdim edilən məhsullardan tutmuş, böyük təşkilatlar və sənaye müəssisələri üçün kiber təhlükəsizlik həllərinə qədər əhatələnən portfelimizə aiddir."
Sevinc