Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: “Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını növbəti dəfə prinsipiallıqla ifadə və müdafiə etdi”



Newscenter.az.31.03.2021.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu gün keçirilən qeyri-rəsmi Zirvə Görüşündə Prezident İlham Əliyev toplantıdakı çıxışını əsasən Qarabağ mövzusuna həsr etdi. Bu, növbəti dəfə Azərbaycan Prezidentinin bütün platformalarda Azərbaycanın milli maraqlarını prinsipiallıqla ifadə və müdafiəsinin növbəti göstəricisidir. Ümumiyyətlə, bu qlobal platformada aparılan vacib məsələlərin müzakirəsi üzv ölkələr arasında sıx əlaqələrin və əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə kimi qiymətləndirilməlidir. Məlumdur ki, Azərbaycanın quruma sədrliyi pandemiya dövrünə təsadüf etdi. Lakin bununla belə, rəsmi Bakının sədrliyi dövründə təşkilatın fəaliyyətində ciddi aktivlik müşahidə olunur.
Məlumdur ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə Naxçıvan sazişinin imzalanması ilə yaradılıb və qurum beynəlxalq proseslərdə aktiv iştirakı ilə seçilir. 2019-cu il oktyabrın 15-də Bakıda keçirilən VII Zirvə Görüşündə təşkilata sədrlik Azərbaycana keçdikdən sonra Şuranın COVİD-19 da daxil olmaqla bir sıra qlobal problemlərin həllində təşəbbüskar mövqedən çıxış etməsi əsl qobal həmrəylik və əməkdaşlıq nümunəsi idi.

Təşkilatın fəaliyyətinə yeni reallıqlar fonunda baxmaq daha maraqlıdır. Çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra Şuraya üzv ölkələr üçün də yeni perspektivlər açılıb. Bu gün Cənubi Qafqazda nəqliyyat-kommunikasiya sferası əsas əməkdaşlıq hədəfləri sırasındadır.

Xüsusilə tarixi Azərbaycan torpağı olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsini Naxçıvan, daha sonra Türkiyə ilə birləşdirəcək yeni dəhliz regionun nəqliyyat sektoru üçün böyük imkanlar yaradır. Prezident İlham Əliyevin də söylədiyi kimi, Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir. Bu rəmzilik bu gün daha ciddi əsaslarla əməkdaşlığa töhfə verməkdədir.

Üzv dövlətlər arasında əlaqələrin gücləndirilməsinə yönəlmiş səylər Zirvə Görüşünün yekun bəyannaməsində də əksini tapıb. Ən vacib məqamnlardan biri isə üzv dövlətlərin Azərbaycan ərazilərinin işğaldan azad edilməsini təqdir etməsi, münaqişənin təsirinə məruz qalmış ərazilərin bərpası, yenidən qurulması və reinteqrasiyası istiqamətindəki səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduqlarının ifadə olunmasıdır.

Könül Nurullayeva-Milli Məclisin deputatı
Xəbəri paylaş