Newscenter.az.31.03.2021. Masallı rayonunda 16 yaşlı qıza nişan mərasimi təşkil etmək istəyən ata saxlanılıb.
“Report”un xəbərinə görə, hadisə rayonun Sığınacaq kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri – 16 yaşlı qızla 31 yaşlı kişinin valideynləri onlara bu axşam nişan məclisi təşkil etmək planlaşdırıblar. Daha sonra Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları həmin əraziyə cəlb olunub və 16 yaşlı qızın atası RPŞ-nə gətirilib.
Masallı RPŞ-də həmin şəxslə profilaktik söhbət aparılıb, qanunamüvafiq tədbirlər görülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev “Report”a faktı təsdiqləyib.