Qazaxıstan Prezidenti: "Məqsədimiz Türk dünyasını vacib iqtisadi məkanlardan birinə çevirməkdir"
Tarix: 31-03-2021, 17:46
Newscenter.az.31.03.2021. “Bildiyiniz kimi, ulu babalarımız böyük xoca Əhməd Yəsəvidən dini biliklər alıb türk-islam mədəniyyətini dünyaya yayıblar. Türk xalqı Kiçik Asiyaya üz tutanda bütün bu dəyərlər kökləri qorumaq və səylərimizi gücləndirmək üçün əsas olub”.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Şurasının qeyri-rəsmi Zirvə toplantısında deyib.
“Məqsədimiz Türk dünyasını 21-ci əsrdə ən vacib iqtisadi, mədəni və humanitar məkanlardan birinə çevirməkdir”, - o vurğulayıb.