Newscenter.az.1.04.2021. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 248 yeni yoluxma faktı qeydə alınıb, 860 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 263 961 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 238 985 nəfər müalicə olunaraq sağalıb, 3 593 nəfər vəfat edib, aktiv xəstə sayı 21 383 nəfərdir.
Son sutka ərzində 14 375, hazırkı dövrədək isə 2 888 033 test aparılıb.