Bakı, Sumqayıt və Abşeronda 90 %-dən çox təhsil işçisi vaksinasiya olunub
Tarix: 7-04-2021, 11:35
Newscenter.az.7.04.2021. Aprelin 6-dək qeydə alınan göstəricilərə əsasən, Bakı və Sumqayıt şəhərlərində 9, Abşeron rayonunda 21 ümumi təhsil müəssisəsinin hər birinin pedaqoji və texniki heyəti üzrə 90 %-dən çox əməkdaşının vaksinasiya prosesi yekunlaşdırılıb.
Bunu təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində yazıb.
Nazir paylaşımında Təhsil Nazirliyi adından həmin təhsil müəssisələrinin rəhbərliyinə və kollektivinə təşəkkür edib.