Newscenter.az.7.04.2021. Şuşa ətrafında Rusiya istehsalı "İskander" hərbi əməliyyat-taktiki ballistik, iki raketin qalıqlarının aşkar edilməsi Moskvanı arzuedilməz durumda qoyub, 2 əsas səbəbə görə. Həm həmin raketin M-variantı olaraq, beynəlxalq sazişə görə yalnız Rusiya hərbisində istifadə edilə bilib, eksportun qadağan edilməsi. Həm də, hədəfə dəyməyərək üstəlik də, partlamaması ilə bağlı suallara gprə.
1-ci problem odur ki, "İskander" ballistik raketin beynəlxalq sazişə görə E eksport variantı xarici ölkəyə satıla, verilə bilər, M variantı yox. Sazişə görə dünyada bütün raket istehsal edən ölkələr 300.km-dən çox uzaqlıq radiusu və 500 kq. dan artıq partlayıcı başlığı olan raketləri başqa digər bir ölkəyə sata, verə bilməz. "İskander-M"-in isə, parametrləri bu öıçülərdən artıqdır və partladığı halda 1,5 hektar, 2 futbol stadionu qədər ərazini dağıtma kimi çox güclü potensialı var. Və suala tutulur Rusiya ki, bu raket Ermənistan istifadəsi üçün haradan əldə olunub?! Ermənistanda belə bir raket olmayıbsa, kim, niyə bunu atıb Şuşaya, Ermənistandakı Gümri bazasından Rusiya atıb?
2-ci problem odur ki, raket partlamayıb, qalıqları bunu göstərir. Bu fakt isə, Paşinyanın 2 ay öncə bəyan etdiyi, Rusiyanın beynəlxalq hərbi nüfuzu potensialına böyük zərbə olan, eynilə, də Rusiya və Ermənistan arasında çaxnaşma yaratmış bu açıqlamaya gətirib çıxarır: "İskander" raketlərini müharibədə atdıq, amma zay çıxdı, partlamadı".
İndi, dünyanın nəzəri bu 2 sualla Rusiyaya tərəf yönəlib: sənin başqa bir ölkəyə verilməsi yasaq olan raketin Ermənistanda nə gızir və yaxud da, kim atıb bunu Şuşaya? 2-si dünyada möhtəşəm silah kimi öyünüb təbliğ etdiyin ballistik raketin niyə öz hədəfinə dəyməyib və niyə partlamayıb? Necə olub bəs, uzağı 5 metr hədəfdən yayınma yüksəkdəqiqli raketin Şaşadan 500m aralı enib?
Rusiya ekspertləri, deputatları, mediası əvvəlcə məsələni tələsik yozub, yayındırmağa çalışdılar. Guya, bu, raket qalıqları Rusiya ordusu tərəfdən Suriyada atılıb və Türkiyə də onun qalıqlarını tez tapıb, yığıb, Azərbaycana göndərib. İzahını belə verirlər ki, bu raketin iki forması var: kasset tipli və fuqas tipli başlıqlı. Kasset tipli yerə çatmağa 10 m. qalmış göydə partlayır və ətrafa yayılaraq geniş ərazini dağıdır, raketin ön və quyruq hissə parçaları salamat qalır. Çünki, kasset partlayıcı başlıq orta hissədə yerləşir. Fuqas tiplisində isə partlayıcı ön hissədə olur, birbaş yerə və hədəfə düşüb, dəyib partlayır və bütün raket dağılır, heç bir hissəsi belə, iri şəkildə salamat qala bilməz. Belə yozurlar ki, Şuşada, geniş sahə dağılmayıb, hissələr sagdırsa, demək, hissələr Suriyadandır.
Absurd arqumentlərdir. "İskander" tipli ballistik, taktiki raket komplekslərin öz konkret pasportu, buraxılış nömrəsi və qeydiyyatı var. Cəmisi 200 ədəd istehsal olunub və "seriynıy" buraxılış yəni, milyonlar kalaşnikov avtomatı deyil ki. Suruiaya göndərilmiş komplekslər məlumdur öz nömrəsi və pasportu, göndərilmə, istifadə etmə tarixi ilə. İkincisi, Şuşa ətraflna düşən raketin nə kassetli tipdəki kimi böyük sahəni dağıtmaması, nə dəki fuqas kimi partlamayıb, raket hissələri salamat qalması əksinə, o deməkdir ki, raket həm hədəfi vura, həm də partlaya bilməyib, yəni zay çıxmış. Və Paşinyana da bu məlumat slzdlrılmışdlr çox yəqin ki, məlumatlı Qərbin kəşfiyyatı tərəfindən.
Sonra, Rusiya tərəfin, "ekspertlıri" iddia sürdülər ki, guya raket oğurlanıb, saxta sənədlərlə xaricə daşınıb və 3-cü tərəfin əlinə keçib Şuşaya atılıb. Bu da absurd iddiadır. "İskander" tək raket deyil, raket kompleksidir. Kompleks də o deməkdir ki, bunu içinə 6 massiv daşıyıcı qurgu və maşınlar daxildir. Birisi (42 ton, 13 metr.) həmin 2 raketi, birisi (40 ton) əlavə ehtiyat 2 raketli, birisi (15 t) bütün kompleks komanda-qərargahı, birisi radio lokasiya stansiyası (10 t. ), birisi texniki xidmət kompleks raket, aparatlar nəzarət (13,5 t.) birisi İnformasiya koordinatlar hazırlığı mərkəzi, birisi personal üçün 6 çarpayılıq vaqon tipli məişət və istirahət mərkəzi uzun maşını. Bu qabaritdə, bir sürü vacib qurğu-maşından ibarət, qeydiyyatda və beynəlxalq nəzarətdə olan raket kompleksini necə oğurlamaq, xəlvət çıxarmaq keçirmək olar, bəyəm bu qumbaradlr, çemodanın bir küncündə birtəhər keçirəsən? Rəsmi ciddi cavab verilməli.
Qaldı ki, Rusiya höküməti guya ki, bu məsələnin araşdırılmasını aparır, bu da formallıqdır. Çünki, bu cür azsaylı və strateji, dövləti əhəmiyyətli bir kompleks nömrə, qeydiyyatı və istifadə təyinatı ilə Rusiyaya çoxdan məlumdur, qeydiyyatdadır!
Yekunda. Bir məsələni qeyd edim ki, bu ballistik raketlərin yerləşməsi, hərəkəti, atılma və hədəfə düşmə trayektoriyası xarici dövlətlərin kəşfiyyat Sputnik imkanları ilə hər an müşahidə nəzarətin altındadır. Şuşaya atılan bu "İskander" raketi də, çox yəqin ki, Qərbin, xüsusən də ki, Britaniyanın Qafqaz regionunu tam kurasiya, edən kəşfiyyatı tərəfdən fiksasiya olunub. Həm atılma, həm də, düşmə dəqiq koordinat, nöqtələrilə. Və görünür ki, bu raketlər, Rusiyanın Ermənistandakı Gümri hərbi bazasından atılıb. Britaniya məsələni 2 ay öncə Paşinyana və öz, hazırkı siyasi mənafeinə uyğun bilərək, əlindəki bu, ifşalı həqiqəti, raketin düşmə yerini, indi də, Azərbaycan tərəfə ötürüb Qərb-Rusiya ziddiyyətliərinin kəskinləşdiyi vaxt.
Ümumiyyətlə, Rusiya böyük və ciddi dövlət kimi qonşularla belə bir qeyri-ciddi, ziyankar oyunları bitirməlidir. Bunlar hamısı, əks-effektlə və nüfuz enişi ilə gündən-günə Rusiyanın özünə ziyandır. O cümlədən, Dağlıq Qarabağda bu gün etdikləri.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri