Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova: "Minalı ərazilərin xəritələrini gizlətmək insanlıq əleyhinə cinayətdir"



Newscenter.az.9.04.2021. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ilə Ermənistanın işğalına son qoyub. Düşmən tapdağından azad olunan ərazilərdəki vəziyyət isə ermənilərin vəhşiliyini, barbarlığını bütün dünyaya nümayiş etdirdi. Ermənistanın işğal dövründə törətdiyi insanlıq əleyhinə cinayətlərdən biri də həmin əraziləri minalamasıdır. İndi isə minalı ərazilərin xəritəsini Azərbaycana verməməklə hələ də destruktiv mövqeyindən əl çəkmədiyini ortaya qoyur.

Azərbaycanın mülki şəxslərinin və hərbi qulluqçularının həyat və sağlamlıqları Ermənistanın işğal zamanı ölkəmizin ərazilərinə basdırdığı işarələnməmiş minalar səbəbindən ciddi bir təhlükə ilə üzləşiblər. Ermənistanın dəfələrlə minalanmış ərazilərin xəritələrini açıqlamağa çağırılmasına baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, bu ölkə tərəfindən bu sahədə əməkdaşlıq istəyi heç vaxt nümayiş etdirilməyib. 10 noyabr 2020-ci il tarixində imzalanmış Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanatı Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoydu. İndi isə azad edilmiş torpaqlarda hər kəs üçün təhlükəsiz və dinc bir mühitin təmin edilməsinin vaxtı çatıb və Azərbaycan bu sahədə nəzərəçarpacaq və qətiyyətli səylər göstərir. Ancaq bir milyona yaxın məcburi köçkün hələ də bu geniş ərazilərdə basdırılmış minalar səbəbindən öz yurdlarına qayıda bilmir. Onu da qeyd edim ki, minaların yaşayış yerlərinin, xüsusən çayların, yol kəsişmələrinin və qəbiristanlıqların yaxınlığında basdırılması 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və I Əlavə Protokolun kobud şəkildə pozulmasıdır.

Beynəlxalq təşkilatları, xüsusən də minaların qadağan olunması ilə məşğul olan qurumları minalı ərazilərin xəritəsini vermək məsələsində Ermənistana təzyiq etməyə çağırıram. Beynəlxalq qurumlar 30 il Ermənistanın işğalçılıq siyasətinə göz yumdular, işğala son qoyması üçün bu ölkəyə heç bir söz demədilər. Sonda Azərbaycan öz imkanları hesabına torpaqlarını düşməndən təmizlədi, erməni faşizminin başını əzdi. Beynəlxalq təşkilatlar heç olmsa indi Ermənistana təzyiq göstərsinlər və bu ölkənin rəhbərliyini başa salsınlar ki, minalı ərazilərin xəritələrini gizlətmək insanlıq əleyhinə cinayətdir.

Milli Məclisin deputatı JALƏ ƏHMƏDOVA
Xəbəri paylaş