Bakıda daş karxanasında işçi faciəvi şəkildə ölüb
Tarix: 10-04-2021, 13:15
Newscenter.az.10.04.2021. Bakıda daş karxanasında çalışan kişi faciəvi şəkildə ölüb.
“Report”un xəbərinə görə, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü Əli Əhmədovun üzərinə qaldırıcı kranın dəmir hissəsi düşüb. Nəticədə işçi dünyasını dəyişib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.