Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bədən dili liderlikdə olduqca vacibdir



Newscenter.az.10.04.2021. Bədən dili liderlikdə olduqca vacibdir. Məsələn, Rəcəb Tayyib Ərdoğanın diqqətçəkən davranışlarından biri də danışarkən əllərinin görünməsidir. Bunu kürsünün altına, masanın üstünə qoyub kamuflyaj etməsinə ehtiyac yoxdur. Əllər simvolik bir hərəkət agenti olduqları üçün etdiklərinizə və etmədiklərinizə şahid olurlar, hətta deməsəniz də, əməllərinizin şahidi olurlar. Əllərini gözə çarpan şəkildə tutmaq, Tayyib Ərdoğana etdiklərini gizlətməkdən narahat olmayan və onlardan məmnun olan bir lider obrazını verir. Bəzən idman geyimi üslubu ilə ictimaiyyət qarşısına çıxması onun ünsiyyətə açıq, özünə güvənən bir insan olduğunu göstərir. Səsini və bədənini güclü şəkildə istifadə edir. Müraciət tərzini daha çox açıq saxlayır. Ovuclarını cəmiyyətə yönəltməklə, problemsiz, təhlükəsiz olduğunuz mesajını verir. Gedərkən, gedəcəyi yerə möhkəm addımlar atdığı və qətiyyətli və inamlı addımlarla irəlilədiyi mesajını verir. Soyuqqanlı mövqeyi özünə inamını vurğulayır. Heç vaxt kütlələri tək salamlamaq üçün bayıra çıxmaz, özünü və komandasını xalqa çatdıraraq güclü bir profil çəkir.

Siyasi lider İlham Əliyevin də bu müstəvidə xüsusi performansı var. O, müharibə zamanı ön cəbhədəki bütün ehtiyacları təmin etməklə yanaşı, arxa cəbhədə də öz xalqını pozitiv ruha kökləməyi unutmadı. Bəzən simasında dərin mənəvi narahatlıq hiss olunmasına baxmayaraq, çox möhtəşəm liderlik qabiliyyəti ilə öz əzmini, iradəsini qoruya bildi. Hər çıxışında nitqinin hər İbarəsi bir sloğana çevrildi, xalqı ruhlandırdı. Qüdrətli sərkərdənin hər cümləsi dillər əzbəri oldu və bir çox hallarda müharibənin ağrı-acısını unutdurdu. "Noldu, Paşinyan?" - iki sözdən ibarət bu cümlə hələ əsrlər sonra da tarixdə qalacaq, dəyərli bir kəlam kimi özündə çox böyük bir tarixin qızıl hərflərlə yazılmış səhifəsini yaşadacaq. " Qarabağ Azərbaycandır!", " Biz qayıtdıq, əziz Şuşa" və s onlarla sloğanlar. İlham Əliyev təvvəzzökarlığı ilə bərabər " Dəmir yumruq!" kimi bir lider modelidir. Onun hər bir çıxışından olan videoyazılar hələ çox təhlil olunacaq.

The Leadership Council şirkətinin təsisçisi, bədən dili üzrə ekspert Martin Nyuman Azərbaycan və Ermənistan liderlərinin bədən dilini analiz edib. Ekspert qeyd edib ki, çıxışları izləyincə İlham Əliyev özünə əmin, təmkinli, Paşinyan isə inamsız təbliğatçı təsiri bağışlayır. Lakin cənab Prezidentimizin böyük liderlik ifadəsi bununla bitmir. Vüqarlı duruşu, əzəmətli qaməti, sonsuz inam, özgüvən ifadə edən baxışları, hətta səs tonu belə düşmən üzərində çoxdan qələbə qazanmışdı.

İlham Əliyev dünyanın siyasi liderlərindən biri kimi xalqa müraciətlərində bunu göstərən bir çox xüsusiyyətlərin vəhdətini ortaya qoyur. O, hətta susduğu ani zamanlarda belə baxışı ilə öz xalqına əminlik mesajı verirdi. Bu isə İlham Əliyevin siyasi liderliyinin jestikasının bariz nümunəsini ifadə edirdi.

"Sərkərdələrin hissləri olmur" desələr də, cənab Prezidentin səsindəki emosiya onun dəmir iradəsi ilə mühafizə olunan vətənpərvərlik duyğularından xəbər verir. O, həm bütün xalqın taleyini, həm də hər bir əsgərin müqəddəratını düşünən bir komandandır.

Səkinə Rzayeva
Xəbəri paylaş