Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Ağalar Vəliyev Aprel şəhidinin məzarını ziyarət edib-FOTOLAR



Newscenter.az.10.04.2021. Milli Məclisin deputatı Ağalar Vəliyev, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri və Şəhid ailələri Qızılhacılı qəsəbəsindən Aprel şəhidi Bəxtiyar Hüseynovun Anım günündə, onun və bütün Şəhidlərin Balakürd kənd Şəhidlər Xiyabanındakı məzarını ziyarət ediblər.

Newscenter.az xəbər verir ki, ziyarət zamanı şəhid məzarlarının önünə gül dəstələri düzülüb, onların ruhlarına dualar oxunub.

Qeyd edək ki, millət vəkili Ağalar Vəliyev Goranboy rayonuna səfəri zamanı ötən gün Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə birlikdə şəhid ailələri, müharibə əlilləri və qazilərlə görüş keçirib.

Mehman

Xəbəri paylaş