Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elçin Mirzəbəyli yazır: "Ən böyük mədəniyyət başqalarını düşünməkdir"



Newscenter.az.10.04.2021. Virusa yoluxanların sayı gündən-günə artır. Hər gün sevdiyimiz, tanıdığımız insanları itiririk. Amma yenə də sanki virus yoxmuş, yaxud "mənə heç nə olmaz" arxayınçılığıyla özümüzü və ətrafımızdakı insanları qorumamaqda israrlıyıq.

Bir neçə gündür sosial şəbəkələrdə "açıq havada maska taxmaq tələbi ləğv edilsin" həştəqi ilə kampaniya aparılır. Qoşulanların arasında tanıdığım insanlar da var. Olsun. Problem deyil. Hər kəs mövqeyini ifadə etməkdə azaddır. Maska taxmağı mən də sevmirəm, qadağaları da həmçinin... Qaydalara əməl edirəm, məsuliyyəti davranıram. Amma bu o demək deyil ki, virusa yoluxa və başqalarını yoluxdura bilmərəm. Yaxud məsuliyyətli olduğuma görə, mənim üçün fərdi və fərqli qaydalar müəyyənləşdirilməlidir...

Hər gün qapalı məkanlarda qaydalara əməl etməyən saysız-hesabsız insanla qarşılaşıram. Heç açıq havada belə sosial məsafə gözləmirlər. Maskanı canədən aşağı salıb... ən yaxşı halda boynunun arxasında tövşəyirlər. İrad bildirirsən... ağız suyu yağış damlaları kimi üzərinə sıçrayır.
Hər kəsin həyatı dəyərlidir. Hətta bircə nəfərin açıq havada yoluxmaq riski varsa, deməli onu belə bir risk qarşısında qoymamalıyıq.
Ən böyük mədəniyyət başqalarını düşünməkdir.

Elçin Mirzəbəyli-"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru
Xəbəri paylaş