Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: “Türk dünyasına qarşı aparılan dezinformasiya kampaniyasını birgə əməkdaşlıqla zərərsizləşdirmək mümkündür”



Newscenter.az.10.04.2021. "Türk dünyasına qarşı aparılan dezinformasiya kampaniyasını zərərsizləşdirmək istiqamətində səylər birləşdirilməlidir. Bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında bu məsələ bir daha gündəmdə gəldi. Bu gün dünyada güc amili həm də informasiya mübarizəsində əldə edilən üstünlüklə xarakterizə olunur. Bu mənada döyüş meydanında savaş bitsə də, informasiya cəbhəsində mübarizə bitməyib və görünən odur ki, uzun müddət davam edəcək".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. O qeyd edib ki, bu cəbhədə əldə edilən uğur daha böyük uğurlarla şərtlənir:

"Biz 44 günlük Vətən Müharibəsində informasiya cəbhəsində də fəallıq nümayiş etdirdik. Erməni tərəfi dezinformasiya siyasətini davam etdirirdi. Ermənipərəst mövqedən çıxış edənlər, qərəzli yanaşma sərgiləyənlər də var idi. Bununla belə, dünya Qarabağda baş verənlərlə
bağlı ən operativ və dəqiq məlumatları Azərbaycandan alırdı. Bu müddətdə Azərbaycan-Türkiyə Ortaq Media Platforması da böyük səmərə verdi. Bu təcrübə göstərdi ki, postmüharibə dövründə də ortaq platforma işlək olmalıdır".

Deputat deyib ki, bu gün keçirilən toplantıda da qeyd edildiyi kimi, hamımız türk dünyasına qarşı dezinformasiya kampaniyasının aparıldığının şahidiyik və biz atdığımız hər addımda həqiqətə xidmət etməyə çalışırıq:

"Bu gün ən təhlükəli tendensiyalardan biri kibertəhlükəsizlik və rəqəmsal hücumlardır. Bu təhlükələrə qarşı mütləq şəkildə media sahəsində ən effektiv təcrübələr birləşdirilməli, bu əməkdaşlıq uzunmüddətli perspektivə hesablanmalıdır".

Ruhiyyə
Xəbəri paylaş