Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəzəri bilik, bacarıq və əmək bazarı arasında əlaqə vacibdir



Newscenter.az.10.04.2021. İnsan bilik öyrənir və bacarıq əldə edir, öyrəndiyini tətbiq edir, əlavə dəyər yaradır, təklif etdiyi məhsul və xidmətləri artırır, iqtisadiyyatın və ümumilikdə cəmiyyətin inkişafı prosesinə töhfəsini verir. Deməli öyrənmədən inkişaf olmaz. Öyrəndiyimizi əmək bazarında tətbiq etməsək də inkişaf baş verməz. Nəzəri bilik, bacarıq və əmək bazarı arasında əlaqə vacibdir. Belə ki, tətbiq etdiyimiz bilik və bacarıq da cəmiyyətdə (iqtisadi və sosial) dəyər yaratmazsa, bu da inkişafa xidmət etməyəcək.

Təhsil, təlim və əmək bazarı arasında əlaqənin qurulması bu baxımdan, yəni tətbiq edilməsi mümkün olan bilik və bacarığı əldə etmək və sonrada istifadə baxımındaın önəmlidir. Təhsil müəssisəsinin təqdim etdiyi bilik və bacarıqların səviyyəsi əmək bazarında tətbiqilik və dəyər yaratma baxımından qiymətləndirilir. Buna ən obyektiv qiyməti əmək bazarı və işəgötürənlər verir. Təhsil müəssisəsinin əsas uğur göstəricilərindən biri (bəlkə də elə birincisi) məzunların əmək bazarında özünə yer tapması və təklif olunan əmək haqqının səviyyəsi ilə ölçülür.

Bu baxımdan inkişaf prosesində əsas rol təhsil müəssisələri ilə yanaşı dəyər və artımla nəticələnən (value and growth) fəaliyyətləri ilə mühüm funksiya yerinə yetirən sahibkarların, biznesin üzərinə düşür. Tətbiq edilməyən, dəyər yaratmayan və inkişafa xidmət etməyən bilik və bacarıq cəmiyyətə töhfə verə bilməz. Təhsil müəssisələrini bitirən şəxs həm sahibkarın yaratdığı müəssisədə çalışması ilə yanaşı, özləri də tək işçi kimi deyil həm də sahibkar kimi çıxış edə bilər.

Elnur Nəsibov-təhsil nazirinin müşaviri
Xəbəri paylaş