Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

PA-nın şöbə müdiri: “Türk Şurasına üzv olan ölkələr birlikdə öz sözünü deməlidir”



Newscenter.az.10.04.2021. “Türk Şurasına üzv olan ölkələrə qarşı kampaniyalar aparılır. Biz birlikdə öz sözümüzü deməliyik. Əsl həqiqətləri olduğu kimi dünyaya çatdırmalıyıq”.

Bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, şair və yazıçılarla bağlı ortaq nəşrlər hazırlanmalıdır: “Gənc jurnalistlərin peşəkarlığının artırılması üçün qarşılıqlı səfərlərə və təcrübələrə ehtiyac var. Sosial media platformalarında ölkələrimizə qarşı aparılan qara piar kampaniyalara qarşı birgə mübarizə apara bilərik”.
Xəbəri paylaş