Newscenter.az.10.04.2021. “Hamımız türk dünyasına qarşı dezinformasiya kampaniyasının aparıldığının şahidiyik. Biz atdığımız hər addımda həqiqətə xidmət etməyə çalışırıq”.
“Report”un xəbərinə görə, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun aprelin 10-da Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, digər önəmli təhdid isə rəqəmsal faşizmdir: “Biz Türkiyə olaraq bununla mübarizə aparmağa başlamışıq. Gəlin, birlikdə yeni dövrün fürsətlərindən yararlanaq. Media sahəsində əməkdaşlığımızı birləşdirək”.