Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə və Ukrayna strateji əməkdaşlığı davam etdirəcəklər



Newscenter.az.10.04.2021. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın dövlət başçısı Vladimir Zelenski ilə danışıqlarının nəticələrini qiymətləndirib.

Bu barədə Newscenter.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Türkiyə rəhbəri qeyd edib ki, tərəflər strateji əməkdaşlığın davam etdirilməsi mövzusu üzrə razılığa gəliblər.

Bundan başqa, Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Türkiyə Qara dənizdə təhlükəsiz və sakit vəziyyətin təmin olunmasını hədəfləyib.

Türkiyə lideri müdafiə sənayesinin rəsmi Ankara ilə Kiyev arasındakı qarşılıqlı əlaqənin vacib elementi olduğunu vurğulayıb. Bununla yanaşı, əməkdaşlığın heç bir üçüncü tərəfə qarşı yönəlmədiyini əlavə edib.

Anar TAGIYEV
Xəbəri paylaş