Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakının prospektlərindən birinə “8 Noyabr” adı verilib



Newscenter.az.12.04.2021. Bakının Nobel prospektinin adı dəyişdirilərək “8 Noyabr” prospekti adlandırılıb.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı qərar bu gün qəbul edilib.

Hərbi Qənimətlər Parkı da “8 Noyabr” prospektində yerləşir.

Gələcəkdə bu prospektdə Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yaradılması da planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib.
Xəbəri paylaş