Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sitarə İsrafılqızı: "Azad edilən ərazilərdəki ağacəkmə kampaniyası ermənilərin Qarabağda törətdikləri ekoloji terrorun aradan qaldırılması baxımından əhəmiyyətlidir"



Newscenter.az.12.04.2021. “Artıq bir müddətdir ki, işğaldan azad edilmiş rayonlarımızda ağacəkmə kampaniyası həyata keçirilir. Qarabağımızı yaşıllaşdırmaq, onu yenidən cənnətə çevirmək baxımından belə aksiyalar olduqca önəmlid və vacibdir”.

İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzinin Gəncə ofisinin sədri Sitarə İsrafilqızının Newscenter.az-a açıqlamasında bu fikirlər öz əksini tapıb. Təşkilat sədri qeyd edib ki, işğaldan azad edilmiş rayonlarımızda bu tipli aksiyaların həyata keçirilməsi ermənilərin uzun illər Qarabağda törətdikləri ekoloji terrorun aradan qaldırılması baxımından da olduqca əhəmiyyətlidir:

“Nəzərə almaq lazımdır ki, Ermənistan Zəngilan rayonunu işğala məruz qoyduqdan sonra bu rayon ərazisində yerləşən Bəsitçay Dövlət Qoruğu ərazisində vəhşiliklər törədib. Burada 3000 ilə yaxın yaşı olan Xan Çinarı, qovaq və digər ağaclar növlərini qırıb məhv ediblər, həmin əraziləri yandıraraq oranın bitki örtüyünü məhv ediblər”.

Sitarə İsrafilqızı bildirib ki, ermənilər uzun illər işğal altında saxladıqları ərazilərimizdəki su hövzələri, çaylar və göllərimizi də çirkləndirib, onlara tullantılar, çirkab sular axıdıblar:

“İşğaldan azad edilmiş ərazilərimizdə su hövzələri, çay və göllər, kəhrizlərin təmizlənməsi, istifadəyə yararlı vəziyyətə gətirilməsi istiqamətində atılan addımlar da təqdirəlayiqdir və İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzinin Gəncə ofisi vətəndaş cəmiyyəti olaraq bu kimi addımları təqdir edir, belə aksiyalar, tədbirlərə dəstək verilməsini zəruri sayır. Təşkilat olaraq inanırıq ki, qısa müddətdə gözəl Qarabağımızın fauna və florası bərpa ediləcək, Qarabağ ekoloji cəhətdən təmiz, füsünkar bir bölgəyə çevriləcək”.

NEWSCENTER.AZ
Xəbəri paylaş