Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zərdabda iki məktəb infeksiya səbəbindən onlayn təhsilə keçib



Newscenter.az.12.04.2021. Daha iki məktəb koronavirus infeksiyası səbəbindən onlayn təhsilə keçib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Zərdab rayonunun Məlikmudlu və Callı kənd orta məktəblərində şagirdlər arasında koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.

Bu səbəbdən hər iki məktəbdə təhsil müvəqqəti olaraq dayandırılıb və onlayn təhsilə keçilib.

Hazırda hər iki təhsil ocağında dezinfeksiya işləri aparılır.
Xəbəri paylaş