Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya sərhədindən odlu silah keçirmək cəhdinin qarşısı alınıb



Newscenter.az. 13.04.2021
. Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Lada Priora" markalı nəqliyyat vasitəsi saxlanılıb.

Newscenter.az DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin sağ oturacağının altındakı boşluqda gömrük nəzarətindən gizlədilən bir ədəd üzərində "MP-654 K. CAL 4,5 MM, T 17063963" yazısı olan pnevmatik tapança və həmin tapançaya aid daraq aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Sevinc
Xəbəri paylaş