Newscenter.az.14.04.2021. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vəzifəyə təyin olunduqdan sonra yeritdiyi “siyasətə” və bu zaman istinad etdiyi “prinsiplərə” sadiqlik nümayiş etdirir. Hələ bir il bundan qabaq-14 aprel 2020-ci ildə-DOST Mərkəzində açıqlamalar verən cənab nazir demişdi ki, ailədə bir nəfər əmək müqaviləsi ilə işləyirsə və yaxud kimsə pensiya və yaxud sosial müavinət alırsa, nəhayət kiminsə adına torpaq payı varsa, digər üzvlərə birdəfəlik yardım verilməyəcək.
Sahil Babayevin dediyindən belə çıxır ki, ailədə heç kim işləmirsə, ancaq kiminsə adına torpaq payı varsa, evə bir qəpik də olsa pul daxil olmursa onda ailə üzvüləri torpaq yesinlər. Çünki indiki vəziyyətdə torpaqda nəsə becərib, satıb yemək şeyləri almaq mümkün düyil. Qalır torpağın özünü yeməyə....
Cənab nazirdən soruşmaq lazımdır ki, sən pensiyaçıların mütləq əksəriyyətinin aldığı 200 manata, yaxud çüzi sosial müavinətə ailəni bir ay yox, bir gün saxlaya bilərsənmi? Yüksək vəzifə sahiblərinin heç bir çətinlik görməyən gül balarından seçilib vəzifəyə təyin edilən bu tip məmurların insanların real həyatı, dolanışığı haqqında elementar məlumatları belə yoxdur! İxtiyar sahibi olan belələrinin yürütdüyü "siyasət" vətəndaşların dövlətdən narazılığının artmasına rəvac verə bilər ki, bu da arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Ayılın cənab nazir, özününüzü Əmək və Əhalinin Sosial Müdafiəsi naziri kimi aparın, vətndaşı müdafiə edin, onun qayğısına qalın!
Teyyub Əliyev-Təkamül Partiyasının sədri