Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəzi qurumlar insanların hüquqlarını kobud şəkildə pozur



Newscenter.az.17.04.2021. "Hər bir Azərbaycan vətəndaşının qanunla müəyyən edilmiş qaydada geniş hüquqları var. Onlardan biri insanların rahat və təhlükəsiz yoldan istifadə etməsidir. Amma yollarımızda bəzən xeyli problemlərin şahidi oluruq. Bəzi məhəllədaxili yollar var ki, orada yoldan danışmağa belə dəyməz. Yollarımızın hələ də tam işıqlandırılmaması də pozulan hüquqlardan biridir. Deməli, bəzi qurumlar insanların hüquqlarını kobud şəkildə pozur".

Newscenter.az xəbər verir ki, belə bir açılqlama ilə çıxış edən hüquqşünas Əli İbrahimov deyib ki, yol hərəkətində hüquq və azadlıqların pozulmasında ən böyük məsələlərdən biri də piyadalarla bağlıdır:

"Təssüf ki, son illərdə piyadaların öülümü ilə nəticələnən yol qəzaları ümumi qəzaların 70 faizini təşkil edir. Bu isə çox böyük bir rəqəmdir. Əsas problem isə istənilən halda sürücünün məsuliyyətə cəlb edilməsidir. Əgər piyada müəyyən olunmayan yerdən keçmirsə və sürücü onu vurursa burda sürücünün hansı halda günahı ola bilər? Təsəvvür edin ki, saatda 120 km sürətlə hərəkətdə olan avtomobilin qarşısına qəfildən piyada çıxır. Sürücünün isə iki yolu var. Ya piyadanı vurmalı, yaxud da özü qəza törətməlidir. Hər iki halda yenə sürücünün hüquqları pozulur. Təbii ki, burda piyada keçidlərinin azlığı da mühüm rol oynayır. Amma nəzərə alanda ki, prospektlərdə və yüksək sürətli yollarda yerüstü piyada keçidinin altından yolu keçirlər bu məsələ də əhəmiyyətini qismən itirir. Sonda qeyd edim ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Dövlət Proqramının əsas məqsədi yol-nəqliyyat hadisələrinin, xüsusilə də ölümləvə sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının, habeləölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görməkdir".

Hüquqşünas hesab edir ki, bunun üçün də Azərbaycan Respublikasında “təhlükəsiz yol hərəkəti sistemi”ni yaratmaq üçün yol hərəkətinin təhlükəsizliyi sahəsində idarəetmənin təkmilləşdirilməsi, yol hərəkətinin təhlükəsizliyi sahəsində müasir innovativ metodların tətbiq edilməsi, yol-nəqliyyat sisteminin təminatçılarının və yol hərəkəti iştirakçılarının hüquq və vəzifələrinin, onların məsuliyyət hədlərinin dəqiq müəyyən edilməsi, yol hərəkətinin təhlükəsizliyi sahəsində maarifləndirmə, təbliğat və təşviqat işinin təkmilləşdirilməsi və yol hərəkəti və nəqliyyatdan istifadə mədəniyyətinin artırılması kimi tələblər qarşıya qoyulub:

"Bütün bunlar isə ilk növbədə insan hüquq və azadlıqlarının təmin olunmasına hesabıanmış zəruri addımlardır. Qalır bu prosesləri vicdanla yerinə yetirmək".

Mehman
Xəbəri paylaş