Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kəmaləddin Heydərovun daha bir şirkəti ləğv edilir-FOTOLAR



Newscenter.az.18.04.2021
. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun İngiltərədəki daha bir şirkəti ləğv edilir.

Newscenter.az xəbər verir ki, belə bir iddia ilə araşdırmaçı jurnalist Cavanşir Həsənli çıxış edib. O bildirib ki, fövqəladə hallar nazirinin övladları Tale və Nicat Heydərovlara aid 2011-ci ildən fəaliyyət göstərən UEI PROPERTY (UK) LIMITED daşınmaz əmlak şirkətinin ləğv ediləcəyi ilə bağlı Britaniya Şirkətlər Evinə aid rəsmi "First Gazette"də martın 30-da elan verilib:

"İki ay ərzində şirkətin qeydiyyatdan çıxarılması gözlənilir. Şirkətin ofisi Londonda, Lime Street 52-də yerləşən məşhur The Scalpel biznes mərkəzinin 18-ci mərtəbəsində yerləşirdi".

Cavanşir Həsənli qeyd edib ki, UEI PROPERTY (UK) LIMITED Britaniyanın Virciniya adalarında qeydiyyatda olan UNITED ENTERPRISES INTERNATIONAL LIMITED şirkətinin törəməsidir:

"2019-cu il maliyyə sənədlərinə görə bu şirkətin aktivləri 5 milyon funt-sterlinq (11 milyon manat) civarında olub. Heydərovlara məxsus daha iki şirkət - “Cafe Baku Limited” və "Azerbaijan Juices Limited” şirkətləri də bu ilin əvvəlində ləğv olunub".

Mehman
Xəbəri paylaş