Newscenter.az.19.04.2021. Bakı Dövlət Universitetinin (BDU) dosenti vəfat edib.
Universitetin Kimya fakültəsinin Üzvi kimya kafedrasının dosenti Arif İsmiyev 56 yaşında dünyasını dəyişib.
Onun koronavirusdan (COVID-19) öldüyü bildirilib.
Qeyd edək ki, A.İsmiyev 1982-1989-cu illərdə BDU-nun Kimya fakültəsində təhsil alıb. 2006-cı ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb.