Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəşad Nəbiyev yeni yaradılan işçi qrupundan danışdı



Newscenter.az.19.04.2021. Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında Azərbaycan Respublikasının “Ağıllı şəhər” ("Smart City") və “Ağıllı kənd” ("Smart Village") konsepsiyasının hazırlanması ilə əlaqədar yaradılmış İşçi qrupun rəhbəri təyin olundum".

Newscenter.az xəbər verir ki, bunu Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev sosial şəbəkələrdəki hesabında qeyd edib.
"Əminəm ki, İşçi qrupun aidiyyəti dövlət orqanları, elmi müəssisələr və vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlığı funksional, genişmiqyaslı “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə sürətli keçid üçün zəmin yaradacaq".
Xəbəri paylaş