Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"ASAN xidmət" BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin iclasında təmsil olunub.



Newscenter.az.21.04.2021. 12-21 aprel 2021-ci il tarixlərində davam edən BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin 20-ci sessiyası çərçivəsində 19 aprel 2021-ci il tarixində onlayn qaydada müşahidəçilərlə məsləhətləşmə görüşü keçirilib. Newscenter.az xəbər verir ki, görüşün məqsədi müşahidəçilərin və Komitə ekspertlərinin iştirakı ilə effektiv idarəetmə və dövlət idarəçiliyi mövzularında müzakirələrin aparılması olub. Görüşə Komitənin üzvü və hazırkı sədr müavini professor Louis Meuleman tərəfindən sədrlik edilib.

100-ə yaxın iştirakçının qatıldığı görüşdə natiqlər arasında BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspert Komitəsinin üzvləri, idarəetmə sahəsində ixtisaslaşmış bir sıra beynəlxalq təşkilatların və məhdud sayda BMT-nin üzvü olan dövlətlərin nümayəndələri yer alıblar.

BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamenti ilə aparılmış məhsuldar danışıqların nəticəsi olaraq sözügedən iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də təmsil olunub.

Sevinc
Xəbəri paylaş