Newscenter.az.21.04.2021. Göygöl rayonunda qadın sirkə turşusu içərək özünü zəhərləyib.
"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Kənd sakini, 35 yaşlı Sevda Alınağıyeva hələ ki, məlum olmayan səbəblərdən sirkə turşusu içərək özünü zəhərləyib.
Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.