Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hərbi hissə komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələsi keçirilib-VİDEO



Newscenter.az.21.04.2021. Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələsi keçirilib.

Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Komandir hazırlığı məşğələsi komandirlərin və qərargah zabitlərinin yaranmış mürəkkəb şəraitdə döyüş tapşırığını vaxtında və dəqiq yerinə yetirmək bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilib. Səhra şəraitində təşkil edilmiş təlim yerlərində “Artilleriya divizonunun atış və atəşin idarə olunması”, “Motoatıcı briqadanın ikinci eşelon taborunun müdafiə rayonunu tutması” və “Komanda məntəqəsində döyüş işinin təşkili qaydası” mövzularında məşğələlər keçirilib, zirehli tank texnikalarından praktiki atışları nümayiş olunub.

Məşğələlərin sonunda zabitlərin rəhbəredici sənədlərdən və hərbi topoqrafiyadan nəzəri bilikləri yoxlanılıb.

Birləşmənin Təlim-Tədris Mərkzində keçirilən yekunda bildirilib ki, məqbullar götürülən zaman hərbi hissə komandirləri və müavinləri komandir hazırlığından yüksək nəticə göstəriblər.

Xəbəri paylaş