Newscenter.az.21.04.2021. Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsində sökülməkdə olan fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.
Bu barədə Newscenter.az-a nazirlikdən məlumat verilib.
Qeyd olunub ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.