Newscenter.az.22.04.2021. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 047 yeni yoluxma faktı qeydə alınıb, 2 610 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 307 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 272 575 nəfər müalicə olunaraq sağalıb, 4 274 nəfər vəfat edib. 31 131 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 542, bu günə qədər isə ümumilikdə 3 153 877 test icra olunub.