Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Başqasıın köməyi olmadan irəli getmiş qadının özüylə fəxr duymağa haqqı var



Newscenter.az.22.04.2021. Ətrafımızdakı qadınların davranışı və psixologiyasına nəzərən təsnifatını vermək çətin məsələdi.Qadınların istər həyatda, istərsə də karyera səhəsində etdikləri ümumi səhv, özlərini müdafiyə mövqeyinə deyil, hücum mövqeyinə salmalarıdır.Bu barədə ciddi düşünün: Həyat nə vaxtdan bəri tamamilə ədalətli olub? Bəzi səxavətli ruhlar əldə etdiklərinə layiq görülməsə də, sadəcə məğlub oyuna doğru gedənlər də az deyil.Həyatin sənə hansı mənfi sürprizlər yaşatmasından asılı olmayaraq güclü qadın olun!!!!!

Mən özümü güclü qadın hesab edirəm. Güclü olduğumu dərk edəndən sonra zəif qərarsız qadınların həyatına baxıb şükür etməmək mümkün deyil.Onsuz da hər kəs içində bir brilyant parçası gizlədirmiş kimi yaşayır. Fərqli olduğunu buna heç layiq olmayanlar da düşünür. Özünü hansısa eposun, ya filmin qəhrəmanının yerinə qoyub onun əzablarını bir daha yaşaya bilərsən. Bütün karyerada yüksək təbəqəyə ucalmış və güclü qadınların həyatı dəfələrlə yaşanmağa layiq olmayan hadisələrlə doludur.

Həyatda qazandıqlarının yalnız sənə məxsus olduğunu düşünmək də ayrı özgüvən verər. Axı bu, həqiqətdir, niyə də lovğalanmayasan. Bir də ki, güclü qadınlar kimsəyə borclu deyil. Borclu olmaq adamı incidir, ruhdan salır. Başqasıın köməyi olmadan irəli getmiş qadının özüylə fəxr duymağa haqqı var.Nə olur olsun əyilməyən, heç bir şeytani varlığın qəlbimə girə bilməyəcəyi qədər güclüyəm mən.

Tək savadıma deməzdim. Ağlıma, zəkama minnətdaram. Mədəniyyətimə təşəkkür edirəm. Bir də səbrimə çox-çox minnətdaram. Mənə dəstək olan insanların hallalığına minnətdaram. Çünki onların əməyini itirməmişəm. Bir də Allahıma minnətdaram, o hər zaman məni qoruyub. Üzümə gülə-gülə pislik edən insanlara mən səbr etmişəm. Səbrlə insan çox şeyə çatar.Mənim səbrim o qədər çoxdur ki......... O səbr mənim silahım olub həyatda.Çünki qəlbimdə kimsəyə paxıllığım, kinim olmayıb. İnsan şükür etməyi bacarmalıdır.Hamıyla münasibətim yaxşıdı. Sadəcə bir divar var, ordan sonra məhdudiyyət yaranır.Hər sahədə seçilmək vacibdi. Hansı sahədə olursan ol, o sahənin peşəkarı olmasan, sənə dəyər verilməyəcək.

Bir neçə dəqiqəyə oxunulası bu yazıda öz simamda güclü qadın,bir müəllim, bir ana haqqında söhbət açdım. Dahilərdən kimsə deyib ki, əgər qadın şahlıq kimi dəyərləndirilsəydi, ana şahlığın tacı, nənə zirvəsi hesab olunardı. Qoy qadınlar, ana və nənələr övladlarına həmişə zirvədən baxsınlar.
PS.....

Ard arda düzülən qadinların qeyri-etik video görünüşləri məni həqiqətən dərindən sarsır.Mən video görüntünün baş rolcusu olan qadınlara əsla haqq qazandırmıram.Əsla........

Amma niyə bütün bu və bu kimi hadisələrin fonunda qadın dayanır!? Qadın axı bir kişinin bütövləşməsinin səbəbkarıdır, bir ömürlük həyat yoldaşıdır.. Cəmiyyətə sağlam övlad yetişdirmək istəyən də qadındır... Qadın anadır, niyə axı qadın olan analarınızı düşünmürsüz?!
Bütün problemlərin mərkəzində qadını görüb tamaşaçı kimi o problemi izləyən, müzakirəyə cıxardan, bir ananı ləkələyən, əks cinsin dırnaqarası cənabları!!!!

“Cənnət anaların ayağı altındandır” deyə-deyə zəif qadınları buna sürükləyib, hər şeydən xəbərsiz kimi görsənməyə çalışaraq video görüntü yaymaqla onlara cəhənnəm,ata-anası və evladlarına ömürlük xəcalət,utanc yaşadırsız.Min ildir “Azərbaycan kişisi” obrazının yaratdığı “qəhrəmanların” bu qədər cılızlaşma halını qəbul etmək mümkün deyil......

Aygül Bağırova-Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Xəbəri paylaş