Newscenter.az.22.04.2021. Şuşaya atılan, Rusiya istehsallı və eksportuna beynəlxalq qadağalı "İskander-M" raketi barədə yazmışdıq. https://www.facebook.com/1724804177751268/posts/2960002797564727/
Söhbət, rəsmi Azərbaycan tərəfin Rusiyaya bu barədə sorğusundan gedir: Ermənistanın əlinə bu cür yeksəkdağıdıcı və beynəlxalq qadağada olan raket haradan keçib və necə Azərbaycana Ermənistan ərazisindən bu ballistik raket atılıb?
Moskvanın bu sorğuya rəsmi cavabı bu olub ki, onlar Azərbaycana "İskander-M" raketi atılması faktını fiksasiya yəni, müəyyən etməyiblər. Belə bir yarımçıq, yayındırıcı cavab təbii ki, prezident İlham Əliyev qeyd etdiyi kimi Azərbaycanı qane etmir. Rusiya tərət nədən konkret cavab vermir?
Çünki, bu məsələdə ilişib. Həm strateji tərəfdaş və əməkdaşlıq planları qurduğu Azərbaycan, və həm də belə tipli raketin eksportu-başqa ölkəyə verməmə öhdəlikli beynəlxalq saziş qarşlsında. Niyə sorğuya konkret nə hə, nə yox deyə bilmir?
Moskva əslində açıqca yox deyib dana da bilər ki, biz raket-zad verməmişik Ermənistan tərəfə, onlar da bunu ata bilməz, Şuşa versiyası yalan quramadlr, raket qalıqları da, Suriya, haradansa saxta gətirilib (Moskva belə "imtinaya" qadirdi). Ancaq bunu edə, konkret "yox" deyə bilmir. Bilir ki, Azərbaycanın əlində, həmin raketin haradan, nə vaxt, hansı trayektoriya üzrə atılması, düşən nöqtəsinəcən kosmos-sputnik fiksasiyası faktı var, çox güman ki. Hə, biz vermişik, deməklə də böyük problem yaranır beynəlxalq sazişlə bağlı.
Əslində, fikrimcə necə olub, bu məsələ?
Belə bir, cəmi 200 ədəd istehsal olunub, Rusiya dövləti reyestrində qeydiyyatında olan və böyük həcmli, neçə hərbi maşın və qurğulardan ibarət kompleksi qaçaq yolu ilə, oğurlayıb Ermənistan tərəfə gətirmək mümkünsüz görünür. Belə çıxır ki, Rusiya beynəlxalq qanunları pozaraq, həmin raketləri Ermənistana ötürüb, vaxtilə. Onda sual yaranır ki niyə beynəlxalq qanunun icazə verdiyi "İskander-E" raketini yox, risq edib qadağandakı "İskander-M" raketin verib, Rusiya Ermənistana?
Səbəbi düşünsək, cavablar yalnız ona yönəlir ki, "İskander-E" zəif dağıdıcı gücə malikdir və onun uçuş məsafəsi 280 km-dən azdır. Yəni, bu raket ilə Ermənistanın ərazisindən Azərbaycanın Bakı və Sumqayıt kimi böyük şəhərlərini, həm strateji vacib obyektlərini vurub böyük dağıntı törətmək olmur. "İskander-M" tipli ballistik raketlərin uçuş məsafəsi isə, 500 km-dən artıqdır, çox dağıntılı!
Rusiya bu ciddi məsələdəki riyakarlığına cavab tapa bilmir, Azərbaycanın haqlı sorğusu və həm məsələyə yönələn beynəlxalq diqqət qarşısında aciz, biabırçı durumda qalmaqla. Bu riyakarlığın da üstünə Rusiya sülhməramlılarının 10 noyabr razılaşmasının bəzi bəndlərinə əməl etməməsi, xüsusən də, o bölgəyə azərbaycanlı əhalinin də köçürülməsini və ss. təmin etməməsini gəlsək, uğurlu sülhpərvər əməkdaşlıq mənzərsi alınmır.
Rusiya, özünü bölgədə böyük müdrik barışdırıcı kimi görürsə, gərək, Ermənistan və Azərbaycan arasında balans haqq-ədalətində korrektə etsin.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri