Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Etibar Əliyevdən bəzi KİV-lərə irad: "Çıxışım təhrif edilib"



Newscenter.az.23.04.2021. Bu gün Milli Məclisin Plenar iclasında "Dini etiqad azadlığı" haqqında Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi haqqında bizə təklif olunan layihədə mənim etdyim çıxış təhrif edilib.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Etibar Əliyev səsləndirib. Millət vəkilinin fikirlərini təqdim edirik:

"Saytların birinin başlığı belədir: "Etibar Əliyev ölkədə ikinci dini universitetin yaradılmasını istəyir". Mən belə bir fikir işlətməmişəm. İclasda etdiyim çıxışı olduğu kimi ictimaiyyətin nəzərinə çatdıriram: "Mən də hesab edirəm ki, “Dini etiqad azadlığı” haqqında Azərbaycan Respublikasının qanununda dəyişiklik günün tələbidir. Bizim Konstitusiyamıza görə Azərbaycan Respublikasında Dövlət təhsil sestemi dünyəvi xarakter daşıyır.

Müasir dünyada dinə dair tədqiqatlar, ilahiyyat (teologiya) fakültələri və din araşdırma mərkəzləri aktuallıq kəsb edir. Dünyanın məşhur o cümlədən, əksər universitetlərində ilahiyyat(teologiya) fakültələri və din araşdırma mərkəzləri mövcuddur. Azərbaycan bu istiqamətdə ciddi adımlar atamalıdır. Belə ki, ölkəmizdə sadəcə bir İlahiyyat İnstitutu var. Halbuki ölkənin ən önəmli universitetlərində ilahiyyat fakültələri yaxud din araşdırma mərkəzləri təsis edilə bilər. Təsadüfi deyil ki, hazırda ciddi sosioloqlar dinin cəmiyyət həyatında xüsusi yer tutduğunu ifadə edərək din-elm, din-cəmiyyət, din-fərd və s. mövzularla bağlı yüzlərlə kitablar nəşr edilmiş və edilməkdədir. Din fəlsəfəsi, din psixologiyası, dinlər tarixi, din sosiologiyası din tədqiqatları sahəsində obyektiv deyə biləcəyimiz məlumatlar əldə etmək üçün elmi disiplinlərdir. Yuxarıda qeyd olunanlara istinadən deyə bilərik ki, Azərbaycanda orta məktəblərdə din təhsilinin tədrisi müzakirə mövzusudu. Bunun bir çox səbəbi vardır:

Əksər ölkələrdə, xüsusilə inkişaf etmiş ölkələrdə (İngiltərə, Almaniya, Finlandiya, ABŞ, Fransa və s.) din təhsili dövlət və özəl orta məktəblərdə məcburi və seçməli olaraq mövcuddur. Məsələn İngiltərədə bu dövlət məktəblərində seçməli dərsdir. Tədris prosesində dinlər haqqında ümumi məlumatlar verilir və xüsusilə xristian ölkəsi olduğu üçün dominant mənada din dərsində xristianlıq haqqında geniş məlumatlara yer verilir. Təhsil sistemi güclü olan Finlandiyada isə din dərsi məcburidir. Şagirdin istəyinə görə din dərsi verilir. Hətta ateist, aqnostik şagirdlərə daha çox etika dəsrləri keçirilir. Türkiyə cümhuriyyətində din dərsi dövlət və özəl məktəblərdə keçirilir “Din kültürü və ahlak bilgisi”. Ümumi dinlər haqqında məlumatlar verilir və daha çox ölkədə dominant din olan İslami dəyərlər haqqında məlumatlar verilir. Din tədrisinin əsas məqsədi ölkə vətandaşlarını irrasional dini düşüncələrdən və zərərli dünya görüşlərindən mühafizə etmək məqsədi daşıyır. Bu xüsusilə orta məktəb səviyyəsində nəzərə alınır. Təhsil sistemi inkişaf etmiş ölkələrdə “Məktəb fəlsəfəsi” fənni tədris olunur. Və dini bilgilər bu dərslikdə verilir. Ölkəmizdə bu sahədə ciddi boşluqlar mövcuddur. Xüsusilə regionlarda yalnış dini düşüncələr erkən nigah, məktəbdən uşaqları saxlamaq və s. mövzularda özünü qabarıq göstərir. Bu baxımdan orta məktəbdə şagirdlərin dinlə bağlı sağlam məlumatlar alması üçün bu tədrisin tətbiq edilməsi məsələsi müzakirə olunmalıdır. Onsuz da yuxarı sinif şagirdlərə üçün dərsliklərində sistemsiz də olsa dinlərdən sitatlar gətirilir.

Ciddi mütəxəssislər tərəfindən “Dinlər tarixi və əxlaq bilgisi” yaxud “Din və əxlaq bilgisi” adı altında kitab hazırlanaraq bu sahədə ümumi dinlər, xüsusilə islam əxlaqı və dəyərləri haqqında şagirdlərə dolğun məlumatlar verilməlidir. Əks tədqdirdə bu boşluq daha da genişlənəcək və gənc nəsil zərərli dini təmayüllərə meyl edərək irrasional dini məlumatlara sahib olacaqlar. Dövlətimizin, sekulyar-dünyəvi dövlət olması dinin rasional tədrisinə maneçilik təşkil etmir. Yuxarıda sadaladığım sekulyar ölkələrin bu sahədəki təcrübələri bunu deməyə imkan verir.".

Mehman
Xəbəri paylaş