Newscenter.az.24.04.2021. Azərbaycanlı alim Nuran Abdullayevin insult xəstələri ilə bağlı daha bir elmi tədqiqatı Avropada nevrologiya sahəsi üzrə nüfuzlu jurnallardan biri kimi tanınan "European Journal of Neurology"-də dərcə qəbul edilib.
Newscenter.az bu barədə Nuran Abdullayev özü sosial şəbəkədə məlumat paylaşıb. O bildirib ki, "European Journal of Neurology" Avropa Nevrologiya Akademiyasının rəsmi jurnalıdır və orada dərc edilən elmi tədqiqatlar təkcə elmi yeniliklərlə fərqlənmir, eyni zamanda həmin elmi tədqiqatlar Avropada elmin istiqamətini də bəlli edir:
"Bugünkü gün bir azərbaycanlı kimi bunu bacarmaq və dünyanın ən tanınmış elm adamları ilə bir sırada durmaq sadəcə qürur vericidir. Arzusunda olan hər kəsə nəsib olmasını diləyirəm. Elmi tədqiqatımız gənc insult xəstələrindəki effektiv beyin əməliyyatlarımızın uğurlu icrasından və faydalı kliniki nəticələrindən bəhs edir".
Mehman