Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bayden “erməni soyqırım"ı desə də onu tanımadı!



Newscenter.az.24.04.2021. Bu gün ABŞ Prezidenti Co Bayden 1915-ci il hadisələrini “erməni soyqırımı" kimi tanıdığını açıqladı. "Erməni soyqırımı" ifadəsini işlədən Bayden deyib: "Bu ifadəni günahlandırmaq üçün deyil, təkrarlanmasın deyə istifadə edirik".

Baydenin 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırıb daha sonra "Bu ifadəni günahlandırmaq üçün deyil, təkrarlanmasın deyə istifadə edirik" deməsi faktiki olaraq bu ifdəsinin mahiyyətini büsbütün dəyişir. Yəni Bayden demək istəyir ki, bəli, ermənilərə "soyqrım" edilib, lakin bu "soyqrım"ın günahkarı heç də türklər deyil. Elə məsələnin özü də budur.

Baydən ağıllı və təcrübəli siyasətçidir. Onun ikibaşlı və çoxmənalı bu ifadəsi bunu bir daha sübut edir. Bayden əslində "bu ifadəni günahlandırmaq üçün deyil, təkrarlanmasın deyə istifadə edirik" deyərək türkləri iddiham etmədi, əksinə erməniləri açıqca xəbərdar etdi. Yəni 1915-ci il hadisələrini bir daha yaşamaq istəmirsinizsə, xarici siyasətinizi daha düzgün formalaşdırın.

Məsələ ondadır ki, 1915-ci il hadisələrinin məğzi Osmanlı imperiyasının Şərq sərhədlərində yaşayan ermənilərin ruslara yardım etməsinin qarşını almaq üçün idi. Yəni ermənilər nə qədər ki, Kremli özləri üçün qibləgah biləcək, 1915-ci il hadisələri yenə baş verə bilər. Baydenin mesajı açıq və netdir. Ermənilər qərarını verməlidir!

Bayden Ərdoğana “erməni soyqırımı” ifadəsini nə üçün işlədəcəyini deyib.

Ukraynanın Şərqində baş verən hadisələr fonunda ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıması riskli, hətta təhlükəli bir addımdır. Lakin Bayden kimi təcrübəli bir siyasətçi çətin ki, yüz ölçüb, bir biçmədən belə bir addımı atsın. Xüsusilə də bu adımın rəsmi Ankaranı nə qədər qəzəbləndirəcəyi və Kremlin əlini gücləndirəcəyi Bayden yaxşı anlayır.

Bayden 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımadan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Liderlər ikitərəfli və regional məsələlərin bütün spektrlərini müzakirə etmək üçün NATO-nun iyunda keçiriləcək sammitində şəxsən görüşməklə bağlı razılaşıblar. Maraqlı məqam budur ki, Bayden telefon danışığı zamanı qondarma soyqırımı tanıyacağını bildirməsinə rəğmən Ankara ilə bu razılıqlar əldə edilib. Bu zaman belə bir nəticəyə gəlmək olar ki, Bayden Ərdoğana ciddi nələrinsə sözünü verib. Bu söz Suriya, İraq, Şərqi Aralıq və ya Qarabağ ilə bağlı ola bilər.

Nəticə etibarilə Bayden Ərdoğana ciddi bir vəd və ya güzəşt təklif etməsə idi, Ankaranın Baydenin 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımasına reaksiyası Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın və xarici işlər naziri Mövlud Çavuşoğlunun bəyanatları ilə məhdudlaşmazdı. Xüsusilə də rəsmi Vaşinqtonun Ukraynanın Şərqində baş verən hadisələrə görə Ankaraya hava, su qədər ehtiyacı olduğu bir vaxtda.

Bayden-Ərdoğan telefon danışığının təfərrüatlarını bilən 3-cü şəxs kimdir?

ABŞ Prezidenti Co Bayden 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıdığını açıqlaması Türkiyə qədər Azərbaycanı da məyus etdi. Təsadüfi deyil ki, bu açıqlamanın ardınca, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Telefon danışığı əsnasında dövlət başçıları ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınadıqlarını bildirsə də düşünmürəm ki, telefon danışığının səbəbi təkçə ABŞ-ı qınamaq olsun.
Düşünürəm, Prezident İlham Əliyev Ərdoğandan Baydenlə telefon danışığının məğzini öyrənib. Diqqət etsəniz, Azərbaycan xarici işlər naziriyinin məsləyə bəyanatı da ağır motivlər ilə olmadı. Buna görə də belə bir qənaətə gəlmək olar ki, Bayden-Ərdoğan telefon danışığının təfərrüatlarını bilən 3-cü şəxs Prezident İlham Əliyevdir.

Turan Rzayev-politoloq
Xəbəri paylaş