Newscenter.az.24.04.2021. Əgər ki, mötəbər siyasi və media mənbələrinin bəyan etdiyi kimi Bayden, "erməni soyqırımını" tanımaq niyyəti barədə Əroğana telefon açırsa, deməli, bu məsələ onların aralarında haradasa, ziddiyyət yaratmayan və tərəfləri də qane edən dərəcədə razılaşdırılıb. Həm də, öncə tərəflərin arasındakı getmiş danışıqların yekunu olmaqla. Əks halda, ABŞ birtərəfli olaraq, Türkiyəni saya almayıb, qəti olmaqla bu addıma gedərsə, zəng nəyə lazım olsun ki, "tanıyacam"? Ərdoğan kimi sərt və milli mənafeli liderdən sərt, acı sözlərmi eşitmək üçün? Bu məntiqli və praktik görünmür.
Razılaşma necə və nə ətrafda ola bilər?
Baydenin prezidentliyə gəlişi ilə, Qərbin Rusiya strategiyasında əsaslı dönüş başlayıb. Və artıq Qərb, Putinin 2008-ci il, Gürcüstana hücümdan başlatdığı aqressiv-eksponsional və həm bütün qırmızı xətləri keçməklə davam edən siyasətinə qarşı konkret "stop" qoymaq qəti qərarına gəlib.
Bu işə bütün dünyanı, müttəfiqlərini də səfərbər edib. Hər tərəfdən, hər vasitə ilə Rusiyanı təzyiq edib sıxır. Türkiyə isə, bu işdə güclü bir fiqurdur. Həm, Rusiyaya qonşu, həm NATO üzvü, həm də böyük və güclü hərbi dövlət və həm də ki Rusiya ətrafı və ərazisində türk dövlətlər və millətlırinin onlara təsir güclü qardaş və milli lideri olmaqla.
Və görünür ki Qərblə Türkiyə arasında dərin qat müttəfiq razılaşması da olub bu barədə, Türkiyə və türk dünyasının mənafeyinin nəzərə alınması şərti ilə. Təbii, Rusiyanın zəifləməsi və çökməsi türk birliyi xalqlarının azadlığı və güclənməsidir. Həm də, Türkiyə ilə iqtisadi, hərbi razılıqlar olur. Əks halda, ən kəskin Qərb-Rusiya qarşıdurması anı Ərdoğan Zelenskini xüsusi qəbul edib Krımı işğalda və Ukrayna ərazisi kimi, bəyan etməzdi.
Güman ki, bu ara, Türkiyə ilə Qərbin sıx birliyinə mane olan, ictimai (siyasi deyil!) problemlərdən birisi də bu, "erməni soyqırımı" kimi problemidir. Hansı ki, illər uzunu bu millətin Qərbdəki lobbisi həyasızcasına ağlayıb-slzlamaqla Qərb xalqları fikrinə "yazlq" təsiri buraxıb, Qərb hökumətlərini də bu ictimai problem qarşısında qoyub. Hansı ki, Qərb hökumətlərinin Türkiyə ilə hər hansı bir yaxınlığı, ictimai, əhali etirazları ilə qarşılanır bu "soyqırım" səbəbli. Bunu Türkiyə liderləri də bilir.
Digər tərəfdən, Türkiyə də, onun siyasi elitası və Ərdogan da bilirlər ki "soyqırımı", Qərb Türkiyəni də NATO müttəfiqi kimi nəzərə almaqla əvvəlcə hüquqi müstəvidən silib, siyasi müstəviyə salıb. Bu da həmin "tanınmanın" qeyri-hüquqi olmaqla təsirini praktiklikdən endirərək, təskinli-simvolik dərəcəyə salıb, Türkiyəyə əslində, nəsə təsirsiz. Məsələn, Rusiya da "erməni soyqırımını" tanıyır, amma hüquqi deyil, ictimai-siyasi müstəvidə və buna görə də Türkiyə ilə Rusiya arasında bütün formalarda münasibət, əməkdaşlıq, dostluq da var. Erməniyə deyir, alın tanıdım, di gedin, rahat olun mənəvi ləzzət alıb, amma bizim Türkiyə ilə istənilən forma, yaxınlıqda əməkdaşlığımız var.
Görünür ki, ABŞ, Qərb də bu yolu seçib, Rusiya, Yunanıstan, Argentina və s. dünya ölkələri kimi. Erməni həyasızlığının qabağına sümük at, səsi kəsilsin və Türkiyə ilə işə, əməkdaşlığa davam. Türkiyənin, Ərdoğanın bu, "tanımaya" etirazları da sadəcə, görüntü xarakterli olar, çox yəqin ki.
P. S.
Bu yazını, Bayden "soyqlrımı" tanıdığı variantda erməni tərəfin "üstünlüyü" havayı məyusluğuna qapılmamağımız üçün əsaslandırıb, paylaşdım.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri