Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Komitəsi yanında İctimai Şuraya seçki keçiriləcək



Newscenter.az.24.04.2021. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçki keçiriləcək.

Newscenter.az Dövlət Komitəsinə istinadən xəbər verir ki, seçkidə sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 30 namizəd rəsmi qeydiyyata alınıb.

Dövlət Komitəsi yanında yaradılacaq İctimai şuraya seçki 26 aprel 2021-ci il tarixində saat 10:00-da komitənin Tbilisi prospekti 129 ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir.

Səsvermədə iştiak etmək üçün 175 nümayəndə qeydiyyatdan keçib. Həmin müraciətlər Dövlət Komitəsinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən təşkil olunmuş Seçki Komissiyası tərəfindən yoxlanılıb.

Seçki Komissiyasnın qərarına görə İctimai Şuranın tərkibi 13 nəfərdən ibarət olacaq.

Seçkinin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Sevinc
Xəbəri paylaş