Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Niderlanddakı Ermənistan səfirliyi qarşısında aksiya keçirilib



Newscenter.az.24.04.2021. Bu gün Niderland Krallığının Haaqa (Den Haag) şəhərində yerləşən Ermənistan səfirliyinin qarşısında dinc etiraz aksiyası keçirilib.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsəvər Məmmədov verib. Bildirib ki, aksiyada Niderland Krallığında fəaliyyət göstərən bütün təşkilat və cəmiyyət üzvləri iştirak edib:

"Aksiyanın əsas məqsədi Ermənistan hakimiyyətinin işğalda olan ərazilərdə basdırılmış minaların xəritəsinin verməməsidir. Aksiyada simvolik olaraq yerə ağ ayaqqabılar düzülüb. Bu minaya düşüb həyatını itirmiş dinc əhalinin sayını göstərən boş qalmış ayaqqabılarının mənasını ifadə edir. Aksiyada təşkilat komitəsi nümayəndələri Ermənistan səfirliyinin poçt qutusuna atdıqları bəyanatla da öz etirazlarını bildiriblər.
2 saata yaxın davam edən aksiya tam sükut içində də başa çatıb".

Mehman
Xəbəri paylaş