Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşada ermənilərin qoyub qaçdığı silah-sursat aşkar edilib



Newscenter.az.24.04.2021. İşğaldan azad edilmiş ərazilərdə partlamamış silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizlik Xidmətinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbirlər zamanı Şuşa şəhəri ərazisindən 11 ədəd müxtəlif növ raket qurğusu, 4 ədəd qumbaraatan, 1 ədəd avtomat, 14 ədəd müxtəlif növ qumbara, 4 ədəd qumbarataatan mərmisi, 32 ədəd avtomat darağı, 1 ədəd rabitə qurğusu, 19140 ədəd müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Xəbəri paylaş