Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tovuzda torpaq sürüşməsi olub, kənd yolu qismən bağlanıb



Newscenter.az.24.04.2021. Havaların yağıntılı olması Tovuzun Qaralar kəndində torpaq sürüşməsinə səbəb olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Tovuz rayon Qaralar kəndinin dağlıq ərazisində torpaq sürüşməsi olub. Nəticədə iri qaya parçaları və torpaq kütləsi kənd yoluna tökülüb. Bu səbəbdən gediş-gəlişdə qismən çətinlik yaranıb. Hazırda yaranmış fəsadın aradan qaldırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, son günlər bölgədə yağıntılı hava şəraiti müşahidə olunur.
Xəbəri paylaş