Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP Gənclər Birliyinin rəhbərliyi Bakı Gənclər Mərkəzinin qonağı olub-FOTOLAR



Newscenter.az.24.04.2021. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və müavinləri Bakı Gənclər Mərkəzinin qonağı oldular.

Newscenter.az xəbər verir ki, ilk olaraq, qonaqlar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən Heydər Əliyev Muzeyi ilə tanış oldular.

Mərkəz ilə tanış olan qonaqlara gənclər üçün yaradılan hərtərəfli şərait haqqında məlumat verildi.

Qonaqlar Bakı Gənclər Mərkəzinin Kinozalında Bakı Gənclər Mərkəzi tərəfindən hazırlanmış "Qarabağ Azərbaycandır!" adlı qısametrajlı filmi izləyiblər.

Daha sonra dəyirmi masa arxasında Mərkəzin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumatlar verilib, ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Sonda qonaqlara xüsusi hədiyyələr və Bakı Gənclər Mərkəzinin yeni nəşr olunmuş "Biz Gələcəyin Mənbəyiyik" adlı jurnalının ilk buraxılışı təqdim olundu.

Ruhiyyə

Xəbəri paylaş