Newscenter.az.25.04.2021. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 541 yeni yoluxma faktı qeydə alınıb, 2 245 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 313 006 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 279 179 nəfər müalicə olunaraq sağalıb, 4 371 nəfər vəfat edib. Aktiv xəstə sayı 29 456 nəfərdir.