Newscenter.az.25.04.2021. Məşhur Moskvalı erməni jurnalisti, Rusiya TV baş redaktoru Marqarita Simonyan, Baydenin "erməni genosidini" tanımasına kəskin tənqidi reaksiya verib və bunu "başyozma" adlandırıb.
O bildirib ki, ABŞ liderinin bəyanatı ermənilərə "tula payıdır". Çünki illərlə "genosid" tanımayıb indi tanımaq, erməni faciəsinə görə deyil indiki geosiyasi konyuktur marağa, vəziyyətə görədir.
O qeyd edib:
"Qarabağda müharibə olanda, ABŞ hardaydı? Heç xəbəri yox idi o 44 gün, öz işi marağında! ABŞ-ın ermənilərə heç bir aidiyyəti yoxdur. ABŞ və Türkiyə arasında sadəcə alabəzək, dəyişkən münasibət var. Ancaq, ermənilər Amerika üçün sadəcə tüfəngcikdir, hansı ki, 100 il ambarında saxlayıb ona lazım olarsa, "çexolundan" çıxarır".
Qeyd edim ki. Simonyan Putinin birbaş dəstək təbliğatçısıdır. Və buradan belə görünür ki, Moskva Baydenin ermənilər yönlü tanıma jestindən narahat olub. Qorxur ki, erməniləri Azərbaycanla, Türkiyə ilə qorxudub və Paşinyanı Moskvaya dəvət edib təzəcə ələ aldığı zaman, ABŞ erməniləri özünə tərəf çəkər və Ermənistan da Rusiyanın tamam əlindən çıxar. Demək ki, dava, "genosid" adı ilə yorğan davasıdır, Ermənistan üstündə, Rusiya və ABŞ arası. Amma, ermənilər onsuz da qısa müddət ərzində Rusiyanı atıb çıxıb gedəcəklər. Rusiya özü nə gündədir ki, kimisə xöşbəxt edə. Və Rusiya sülhməramlısı da Dağlıq Qarabağda lazımsız və mənasız qalaraq, çıxıb getməli oıar.
Belə getsə ermənilər "genosid" adından lazımı qədər istifadə edib hamısı ABŞ-a və Avropaya köçərlər, Ermənistandan, Qarabağdan tamam.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri