Qarabağda Rusiya sülhməramlıları ermənilərin basdırdığı minaya düşdü
Tarix: 25-04-2021, 20:45
Newscenter.az.25.04.2021. Rusiyanın iki sülhməramlısı Qarabağda yaralanıb.
Newscenter.az "Lentaru"ya istinadən xəbər verir ki, bu barədə "Hərbi müşahidəçi" Telegram-kanalı məlumat yayıb.
Qeyd edilir ki, sülhməramlılar onları daşıyan nəqliyyat vasitəsinin minaya düşməsi nəticəsində yaralanıblar. Hadisə hələlik rəsmən təsdiqlənməyib.
Anar TAGIYEV